Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100-150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1—2 meyvəni zədələyir.