AlmaQurdu

Telefon

Telefon

Vikipediya, açıq ensiklopediya
 
 
 
1940-cı illərdə istifadə olunan telefon

Telefon (qədim yun. τῆλε «uzaq» və φωνή«səs»)— səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. İndiyə qədər uzun təkamül yolu keçmişdir. Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır.

Bütün telefonlar danışmaq üçün mikrafon və səsi eşitmək üçün qulaqlığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol