Azerbaycan
Azərbaycan Butun Melumatlar WIKIPEDIADAN ALINMISDIR
Vikipediya, açıq ensiklopediya
Məqalənin laboratoriya səhifəsi
Məqalənin təkmilləşdirilməsi üçün kömək edin!
Koordinatlar: 40°06′00″ şm. e. 47°19′00″ ş. u.
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizihövzəsinin şərqində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[9], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[10] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[11]Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[12][13][14][15] Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[14] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islamdininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[16] 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neftehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m3 həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.
Məqalənin laboratoriya səhifəsi Məqalənin təkmilləşdirilməsi üçün kömək edin! |

Mündəricat
Etimologiya[redaktə | əsas redaktə]
-
Azərbaycan sözünün mənşəyi mövzusunda çox dəyişik görüş var. Bəzi mənbələrə görə, "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[17]
Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[18] Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: "Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub."[19].
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.[20] Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib."

Tarix[redaktə | əsas redaktə]
Qədim dövr[redaktə | əsas redaktə]
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[21] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarınin cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[22] Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.[23] Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.[24] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[25] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlu (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[26] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.[26] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[26]
Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur.[26] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[26]

Feodal dövrü[redaktə | əsas redaktə]
-
III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.[26] İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[26] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[26] Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.[26] Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[26] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[26] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - monoteist din yox idi.[26] Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[26] Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.[26] Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi.[26]Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[26]
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[26] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[26] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[26] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[26]
IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[26] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.[26] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrübaşlanırdı.[26] Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[26] XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[26] Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[26]
Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[26] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[26] O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.[26] XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[26] Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[26] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[26] Azərbaycan dili dövlət dilinə çevrildi.[26]
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[26] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.[26] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[26] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[26] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[26] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı.[26]

Yeni dövr[redaktə | əsas redaktə]
Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər.[28] Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[26]
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[26] Gülüstan (1813) və Türkmənçay(1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.[26] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").[26]
Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü.[26] Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı.[26] Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.[26] Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu Erməni Həvari kilsəsinin tabeçiliyinə verdi.[26] Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.[26] Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu.[26] Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.[26]
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi.[26] 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı.[29] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[26]

|

Azərbaycan Xalq Cümhuriyyəti[redaktə | əsas redaktə]
-
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[26] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[26]
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[26] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.[26] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[26]

Sovet İttifaqının tərkibində[redaktə | əsas redaktə]
-
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[30] 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[26] 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[26] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[26] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[26] Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı.[26] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[26]Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[26]
1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.[31] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[26] Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[26][32]
Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[33][34] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.[35] Həmin müharibədə Azərbaycandan 700 min insanı cəbhəyə yola salınmış, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[35] Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[35]
1948-1953-cü illərdə azərbaycanlıları Ermənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.[26] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[26] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[26] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[26] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[26] 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[26] 213 iri sənaye müəssisəsi işə salındı.[26] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[26]
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağ erməniləri ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş verdi. Tərəflər arasında döyüşlər Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[36] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra ermənilər Azərbaycandan çəkilmək qərarına gəlmiş və tanınmayan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.

Üçüncü Respublika dövrü[redaktə | əsas redaktə]
-
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.[37] Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı və bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir.[26] Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.[26]
Azərbaycan və Ermənistan arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır.[38] 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımı baş vermişdir. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirmişdirlər və hazırda Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirlər.[39] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[40]
Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi.[41] Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur.[41] Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikada dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.[41] 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.[26]
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[42] "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[43] 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunmuşdur.[44]
15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyev qalib gəlmişdir.[45] Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin müxtəlif sahələrində ASAN xidmət kimi iri miqyaslı proqram və layihələr reallaşdırılmışdır.[46][47] 2012-ci ildən başlayaraq ölkədə mətbuat azadlığı və insan haqlarının vəziyyəti xeyli pisləşmişdir.[48][49][50][51] 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[52]

Hökumət və siyasət[redaktə | əsas redaktə]
-
Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyət baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.[53]
Azərbaycanın qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir və Milli Məclis Bakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125 deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləri Yeni Azərbaycan Partiyası (YAP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır.[54] Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq, Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.[55]

Xarici siyasət və ordu[redaktə | əsas redaktə]
-
Azərbaycan Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.[56]
Azərbaycanın Ermənistan ilə Qarabağ münaqişəsi üzərində torpaq mübahisəsi, Azərbaycanın həmçinin Ermənistan ilə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi məsələsinə görə davam edən konflikti var.[57] Xəzər dənizinin bölünmə prinsipinin razılaşdırılmaması olmadığından, Azərbaycanın İran və Türkmənistanla su sərhəd problemi var.[58][59] Bununla belə Azərbaycanla Türkmənistan Kəpəz yatağına görə mübahisə edir.[60] Hazırda Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.[61]
2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[62] 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.[63]2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.[64]
2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir.[65] Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan "İstiqlal" və "Yalquzaq" snayper tüfənglərini, "Qaya" qumbaraatanı, Gürzə patrul maşını, Xəzri avtomatı və "Zərbə" PUA-nı qeyd etmək olar.[66][67]

İnzibati bölgü[redaktə | əsas redaktə]
-
Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.[68] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.
Bu bölmənin vikiləşdirilməsinə ehtiyac var.
Lütfən, məqalə redaktə etmə qaydalarına uyğun olaraq bölməni vikiləşdirin.
- Abşeron rayonu
- Ağdam rayonu
- Ağdaş rayonu
- Ağcabədi rayonu
- Ağstafa rayonu
- Ağsu rayonu
- Astara rayonu
- Babək rayonu*
- Balakən rayonu
- Bərdə rayonu
- Beyləqan rayonu
- Biləsuvar rayonu
- Cəbrayıl rayonu
- Cəlilabad rayonu
- Culfa rayonu*
- Daşkəsən rayonu
- Füzuli rayonu
- Gədəbəy rayonu
- Goranboy rayonu
- Göyçay rayonu
- Göygöl rayonu
- Hacıqabul rayonu
- Xaçmaz rayonu
- Xızı rayonu
- Xocalı rayonu
- Xocavənd rayonu
- İmişli rayonu
- İsmayıllı rayonu
- Kəlbəcər rayonu
- Kəngərli rayonu*/**
- Kürdəmir rayonu
- Qəbələ rayonu
- Qax rayonu
- Qazax rayonu
Rayonlar:
İnzibati mərkəzlər:
* Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları
** Qeyd olunmuş rayonlardan başqa bütün rayon mərkəzləri eyni adlı şəhərlərdir
- Qobustan rayonu
- Quba rayonu
- Qubadlı rayonu
- Qusar rayonu
- Laçın rayonu
- Lənkəran rayonu
- Lerik rayonu
- Masallı rayonu
- Neftçala rayonu
- Oğuz rayonu
- Ordubad rayonu*
- Saatlı rayonu
- Sabirabad rayonu
- Sədərək rayonu*
- Salyan rayonu
- Samux rayonu
- Şabran rayonu
- Şahbuz rayonu*
- Şəki rayonu
- Şamaxı rayonu
- Şəmkir rayonu
- Şərur rayonu*
- Şuşa rayonu
- Siyəzən rayonu
- Tərtər rayonu
- Tovuz rayonu
- Ucar rayonu
- Yardımlı rayonu
- Yevlax rayonu
- Zəngilan rayonu
- Zaqatala rayonu
- Zərdab rayonu
Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.[68] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.
Bu bölmənin vikiləşdirilməsinə ehtiyac var.
Lütfən, məqalə redaktə etmə qaydalarına uyğun olaraq bölməni vikiləşdirin.
|
|
Rayonlar: İnzibati mərkəzlər: * Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları ** Qeyd olunmuş rayonlardan başqa bütün rayon mərkəzləri eyni adlı şəhərlərdir |
|
Coğrafiya[redaktə | əsas redaktə]
-
Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir.[73] Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.[74] 2007-ci ildə "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[75] Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.[76]

İqlim[redaktə | əsas redaktə]
-
Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir.[77] Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur.[78] Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır.[78] Ölkənin düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir.[78] Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiyaüzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.[78]
Azərbaycanın orta qış temperaturu 4 °C, orta yay temperaturu 26 °C təşkil edir.[79] Azərbaycanda ən yüksək temperatur 6 iyul 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır: 46 °C.[80]

Biomüxtəliflilik[redaktə | əsas redaktə]
-
Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.[81] Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.[81]
Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.[82] Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir.[82] Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir.[82] Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.[82] Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır.[82] Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur.[82] Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).[82]
Azərbaycanın ərazisi zəngin floraya malikdir.[83] Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.[83] Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.[83] Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.[83] Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar.[83] Respublikada 240 endemik bitki növü mövcuddur.[83]
Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir.[84] Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir.[84] Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.[84] Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.[84] Uzunluqları 100 km-dən çox olan 24 çay vardır.[84] Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad, Sumqayıtçay, Viləşçay və s.[84]

İqtisadiyyat[redaktə | əsas redaktə]
İqtisadiyyat tarixi[redaktə | əsas redaktə]
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.[85] Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[85] 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir.[42] 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı.[86] Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyon ABŞ dolları həcmində ÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.[87]
2010-cu illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilsə də, ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.[88] Hazırda Azərbaycanda yoxsulluq və korrupsiya ölkənin inkişafını kölgələşdirməyə davam edir.[45] 2016-cı ildə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları, Azərbaycan manatının məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb.[89] Həmin ilin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb.[90]Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyatı şaxələndirməkdir.[89]
Azərbaycan Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür.[16]

İxracat[redaktə | əsas redaktə]
Hazırda Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir.[91] 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür.[91] Təzə ət (mal, toyuq və qoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir.[92] Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir.[92] Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.[92]
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı "The World Factbook" nəşrinin hesabatlarına əsaslanaraq, 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır[87].

İdxalat[redaktə | əsas redaktə]
Azərbaycanın idxal etdiyi əsas mallar maşın, avadanlıqlar və onların hissələri, mexanizm və elektrik aparatlarıdır.[93] İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur.[93] Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir.[93] Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir.[92] O cümlədən Azərbaycan siqaretinyarıdan çoxunu, bərk buğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir.[92] Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir.[93] İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.[93]Azərbaycanda süd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.[92]
Azərbaycanın ən tanınmış şirkətlərinə SOCAR, Azərbaycan Hava Yolları, Azərenerji, Azərsu, Azpetrol, Akkord, Azercell, Bakcell, Nar Mobile, Palmali Group və Azərsun Holdingaiddir.[94][95]

Elm və texnologiya[redaktə | əsas redaktə]
-
21-ci əsrdə Azərbaycanda neft və qaz "bumu", ölkədə elm və texnologiya sahələrində vəziyyəti yaxşılaşdırmasına kömək etdi və Azərbaycan hökuməti modernləşdirilmə və innovasiya yönəlmiş kampaniyaya başladı. 2017-ci ildə Azərbaycan yeni iqtisadi modelə keçməklə, iqtisadiyyatını ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirmək strategiyasına başlayıb.[96]
Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.[97] İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır.[97] 1993-cü ildən yüksək səviyyəli milli .az domeninin inzibatçılığı həyata keçirilir.[97]
Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.[98] Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib.[98] Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.[98]
Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.[99] Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.[99] 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.[99] 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir.[100] Hazırda Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir: Azercell, Bakcell və Nar Mobile (Azerfon).[101]
Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.[102] Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb.[103] Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.[104] Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur.[105]

Enerji[redaktə | əsas redaktə]
-
Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir.[87] Azərbaycan 849,5 milyard m3 həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.[87] 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faizini istilik və elektrik enerjisi təşkil etmişdir.[91] Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizini mazut və 0,1 faizini isə dizel yanacağları təşkil etmişdir.[91] Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür.[91] Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.[106]

Nəqliyyat[redaktə | əsas redaktə]
-
Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir.[107] 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir.[107] Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var.[107]Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" departamentləri yaradılıb.[107]
Azərbaycanda xidmət göstərən 7 beynəlxalq hava limanı var.[107][16] Onlardan ən böyüyü Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir.[107] Azərbaycan Hava Yolları milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.[107] Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir.[107]
1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanılıb və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradılıb.[107] Hazırda Azərbaycan dəmir yolları Bakıdan Tümen, Rostov, Xarkov, Kiyev, Sankt-Peterburq, Moskva, Mahaçqala kimi istiqamətlərə gediş-gəliş həyata keçirir.[107] Bakı-Tbilisi-Qars dəmiryolu xəttində tikinti işlərinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.[108]
1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[107] Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.[107]

Demoqrafiya[redaktə | əsas redaktə]
-
2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[109] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[109] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[109] Azərbaycan əhalisinin 91,6%-i azərbaycanlıdır.[109] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər (Dağlıq-Qarabağda), ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır.[109] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[110]
1994-cü ilin fevralında Azərbaycanın prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün "Bir millət, iki dövlət" konsepsiyasını yaratmışdır.[111] 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalamışdır.[112]
Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur.[113] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən "qastarbayter" kimi Rusiyaya emiqrasiya etmişdir.[113] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[113] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[113] 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[114].
BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi "İnsan İnkişafı Hesabatı" çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[87] 2016-cı ildə "Mercer Human Resource Consulting" beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir.[115] 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[116]
Bu bölmənin vikiləşdirilməsinə ehtiyac var.
Lütfən, məqalə redaktə etmə qaydalarına uyğun olaraq bölməni vikiləşdirin.
Yer
Ad
Rayon
Əha.
Yer
Ad
Rayon
Əha.
Bakı
Sumqayıt
1
Bakı
Bakı şəhəri
2.245.800
11
Xankəndi
Xankəndi şəhəri
55.700
Gəncə
Mingəçevir
2
Sumqayıt
Sumqayıt şəhəri
339.000
12
Cəlilabad
Cəlilabad rayonu
45.900
3
Gəncə
Gəncə şəhəri
331.400
13
Şəmkir
Şəmkir rayonu
42.300
4
Mingəçevir
Mingəçevir şəhəri
103.200
14
Xaçmaz
Xaçmaz rayonu
41.600
5
Lənkəran
Lənkəran şəhəri
87.800
15
Ağdam
Ağdam rayonu
41.300
6
Yevlax
Yevlax şəhəri
68.400
16
Ağcabədi
Ağcabədi rayonu
40.800
7
Şəki
Şəki şəhəri
67.400
17
Bərdə
Bərdə rayonu
39.800
8
Xırdalan
Abşeron rayonu
98.100
18
Cəlilabad
Cəlilabad rayonu
39.400
9
Şirvan
Şirvan şəhəri
85.000
19
Salyan
Salyan rayonu
38.200
10
Naxçıvan
Naxçıvan şəhəri
81.800
20
Göyçay
Göyçay rayonu
36.800
2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[109] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[109] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[109] Azərbaycan əhalisinin 91,6%-i azərbaycanlıdır.[109] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər (Dağlıq-Qarabağda), ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır.[109] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[110]
1994-cü ilin fevralında Azərbaycanın prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün "Bir millət, iki dövlət" konsepsiyasını yaratmışdır.[111] 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncam imzalamışdır.[112]
Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur.[113] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən "qastarbayter" kimi Rusiyaya emiqrasiya etmişdir.[113] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[113] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[113] 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[114].
BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi "İnsan İnkişafı Hesabatı" çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[87] 2016-cı ildə "Mercer Human Resource Consulting" beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir.[115] 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[116]
Bu bölmənin vikiləşdirilməsinə ehtiyac var.
Lütfən, məqalə redaktə etmə qaydalarına uyğun olaraq bölməni vikiləşdirin.
|
|
|||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Yer | Ad | Rayon | Əha. | Yer | Ad | Rayon | Əha. | ||
Bakı Sumqayıt |
1 | Bakı | Bakı şəhəri | 2.245.800 | 11 | Xankəndi | Xankəndi şəhəri | 55.700 | Gəncə Mingəçevir |
2 | Sumqayıt | Sumqayıt şəhəri | 339.000 | 12 | Cəlilabad | Cəlilabad rayonu | 45.900 | ||
3 | Gəncə | Gəncə şəhəri | 331.400 | 13 | Şəmkir | Şəmkir rayonu | 42.300 | ||
4 | Mingəçevir | Mingəçevir şəhəri | 103.200 | 14 | Xaçmaz | Xaçmaz rayonu | 41.600 | ||
5 | Lənkəran | Lənkəran şəhəri | 87.800 | 15 | Ağdam | Ağdam rayonu | 41.300 | ||
6 | Yevlax | Yevlax şəhəri | 68.400 | 16 | Ağcabədi | Ağcabədi rayonu | 40.800 | ||
7 | Şəki | Şəki şəhəri | 67.400 | 17 | Bərdə | Bərdə rayonu | 39.800 | ||
8 | Xırdalan | Abşeron rayonu | 98.100 | 18 | Cəlilabad | Cəlilabad rayonu | 39.400 | ||
9 | Şirvan | Şirvan şəhəri | 85.000 | 19 | Salyan | Salyan rayonu | 38.200 | ||
10 | Naxçıvan | Naxçıvan şəhəri | 81.800 | 20 | Göyçay | Göyçay rayonu | 36.800 |
Din[redaktə | əsas redaktə]
-
Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir.[117][118] 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93.4%-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir.[119]Yerdə qalan 0.5 %-ə isə digər dinin mənsubları aiddir.[119] Azərbaycanda 632 dini icma fəaliyyət göstərir.[120]
Müsəlman əhalisinin 65 faizi şiə, 35 faizi isə sünnilərdir.[121] Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır.[121] Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır.[121] Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.[121]
Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar.[121] Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur.[121] 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri "vəhhabi" və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.[121]

Dil[redaktə | əsas redaktə]
-
Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir.[122] Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.[122] Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.[122]
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.[122] Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.[122] Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.[122]Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.[122]
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.[122] Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilisvə rus dili tədris olunur.[123]

Təhsil[redaktə | əsas redaktə]
-
Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[124] Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir.[125][126] Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir.[127]
Azərbaycanın ən məşhur universitetləri Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universitetidir.[128] BMT-nin hazırladığı "İnsan inkişafı hesabatı 2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.[127]

Səhiyyə[redaktə | əsas redaktə]
-
2016-cı ildə BMT rəsmisinin bildirməsinə görə, Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.[129] 2016-cı ilin əvvəlinə ölkədə 32,5 min həkim və 54,9 min orta tibb işçisi çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika, 79 təcili tibbi yardım stansiyası (şöbəsi), 137 qadın məsləhətxanası, 250 uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssi-sələri fəaliyyət göstərmişdir.[130]
Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir.[131] Ödənişli şəxsi tibbi xidmət də təklif olunur.[131] Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.[131]

Mədəniyyət[redaktə | əsas redaktə]
-
Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına İçərişəhər və Qobustan petroqlifləri, qeyri-maddi mədəni irs siyahısına isə muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan Çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.[132]

İncəsənət[redaktə | əsas redaktə]
-
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir.[133] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlərmüstəsna əhəmiyyətə malikdir.[133]
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[133] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[134] "Molla Nəsrəddin" jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[134] Müasir satirik qrafikanın inkişafı əsasən "Kirpi" jurnalının fəaliyyəti ilə bağlıdır.
Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.[135][136]
Azərbaycan mədəniyyəti ilə Avropa mədəniyyətinin qarşılıqlı təsiri əhəmiyyətli nəticələr doğurmuşdur. Bəhruz Kəngərli Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. XX əsrdə fəaliyyət göstərən məşhur rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Qəzənfər Xalıqov və Toğrul Nərimanbəyov idi.[137]

Ədəbiyyat[redaktə | əsas redaktə]
-
Azərbaycan ədəbiyyatının ən qədim nümunələri Zərdüşt peyğəmbərə aid edilən "Avesta" kitabı və Kitabi-Dədə Qorqud dastanıdır. Orta əsrlər Azərbaycanda ədəbiyyatının inkişafında mühüm rolu İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Nizami Gəncəvi oynamışlar. Orta əsrlərin digər parlaq simalarından Molla Vəli Vidadini və Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Vaqifi qeyd etmək olar. Həmin dövrdə Azərbaycan aşıq yaradıcılığı mahir icraçılarına Aşıq Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh və s. aşıqları misal çəkmək olar.
XIX əsrdə Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatına inteqrasiya etməyə başlamışdır. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya ("Hekayəti Molla İbrahim-Xəlil Kimyagər", "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat", "Dərviş Məstəli Şah Cadükuni Məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hekayəti Xırsi-Quldurbasan", "Sərgüzəşti Mərdi-Xəsis" və "Mürafiə vəkillərinin hekayəti") ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, "müsəlman dünyasının Molyeri" adlandırılmışdır.[138] 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan "Müsibəti-Fəxrəddin"i yazmışdır.[139] Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan "Nadir şah"ın müəllifidir.[140] Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.[141] XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas SəhhətAzərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur.
Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Səməd Vurğun daxildir. Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər.[142]

Musiqi[redaktə | əsas redaktə]
-
Azərbaycan musiqisi eklektik və çoxşaxəlidir. Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu, nəfəsli musiqi alətlərinə isə tulum, ney, zurna, balaban, tütək daxildir.[143] Azərbaycanın xalq musiqi janrları olan muğam, meyxana və Azərbaycan aşıq yaradıcılığı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
Azərbaycan Qərb klassik musiqisi ilə XX əsrdə tanış olmuşdur və bu Azərbaycan klassik musiqisi janrını formalaşmışdır. 1907-ci ildə "Leyli və Məcnun"u bəstələyən Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[144] Azərbaycanda müasir professional balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. Ölkədə həm də Azərbaycan cazı, Azərbaycan roku, Azərbaycan hip-hopu kimi müasir musiqi janrları daim inkişaf edir. Azərbaycan pop musiqisi isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.[145]

Kinematoqrafiya[redaktə | əsas redaktə]
-
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[146] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.[146] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[146] Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu.[146] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[146]Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[146] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[146]
1950-ci illərinin ikinci yarısından sonra, xüsusilə 1960-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi.[146] Bu illərdə kinostudiyada "O olmasın, bu olsun", "Bir məhəllədən iki nəfər", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Telefonçu qız", "Yenilməz batalyon", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Şərikli çörək" kimi sənət əsərləri yaradıldı.[146] 1970-1990-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar.[146] Həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən "Sevil", "Dədə Qorqud", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Ad günü", "Babək", "Təkcə adanı özünlə apara bilməzsən", "Atları yəhərləyin", "Yaramaz", "Fəryad" filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.[146]
SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[146] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, "Ovsunçu", "Arxada qalmış gələcək", "Qala", "Sahə", "Çölçü", "Buta", "Dolu", "Nabat" kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş, mükafat və diplomlar əldə etmişdir. Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[147][148]

Memarlıq[redaktə | əsas redaktə]
-
Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[149] X-XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[150] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[150] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[150]
Müasir Azərbaycanda Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[150] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[150]
Son yüz il ərzində Azərbaycan memarlığı böyük itkilər vermişdir. Bundan əlavə 1990-cı illərdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdır. Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri vəhşicəsinə məhv edilmişdir.[151] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.[152]

Mətbəx[redaktə | əsas redaktə]
-
Azərbaycan mətbəxində xörəklərin dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır.[153] Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, dovğa, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilib.[153] Azərbaycanda şirniyyat süfrələrinin də özünəməxsus xüsusiyyətləri var. Milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxində şəkərbura, paxlava, şəkərçörəyi, qurabiyə, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şəki halvası, Naxçıvan paxlavası və digər şirniyyatlar özünəməxsus koloriti ilə seçilir.[153]
Çay Azərbaycanda ən məşhur içki növü olmaqla yanaşı, çay mədəniyyəti həm də hər bir azərbaycanlı üçün həyatın ayrılmaz tərkib hissəsinə çevrilib.[154] Ölkənin hər bir guşəsində çay evləri və ya çayxanalar görmək mümkündür.[154] Azərbaycanda çay hər bir mərasimdə və şənlikdə təqdim olunur.[154] Ölkənin çay mədəniyyəti qonaqpərvərlik və dostluqla əlaqələndirilir.[154]

İdman[redaktə | əsas redaktə]
-
Ənənəvi idman növü olan güləş Azərbaycanın milli idman növü hesab edilir.[155] Azərbaycanın digər ənəvi oyunlarına nərd, çövkən və zorxana daxildir.[155] Ölkədə döyüş sənətləri olan cüdo, karate və boks ilə məşğul olan xeyli insan var. 2015-ci ildə Azərbaycan 2015 Avropa Oyunlarına ev sahibliyi etmişdir.[156] 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir.[157]1996-cı ildən Azərbaycan Olimpiya Oyunlarında təmsil olunur və indiyə kimi 7 qızıl, 25 gümüş və 43 bürünc medalı qazanmışdır.[158]
Azərbaycan dünyada şahmat ölkələrindən biri kimi tanınır. Ölkənin kişilər üzrə şahmat yığması ikiqat Avropa çempionu, qadın yığması isə Avropa çempionatının bürünc medalçısıdır.[159] 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası keçirilmişdir.[160] Voleybol hazırda ölkədə ən məşhur idman növlərindən biridir. Azərbaycanın Azərreyl və Lokomotiv Bakı Avropa Qadınlar CEV Çağırış Kubokunun qalibi olmuşlar.[161][162]
1992-ci ildə Azərbaycan Premyer Liqasının qurulmasından bəri futbol da populyarlıq əldə etmişdir.[163] Ölkənin Qarabağ FK, Qəbələ FK və Neftçi Bakı PFK klubları UEFA Avropa Liqasının qrup mərhələsində dəfələrlə iştirak etmişdir.[164][165] 2020-ci ildə Bakıda UEFA Avro 2020-nın qrup mərhələsi və 1/4 finalı keçiriləcək.[166] Futzal da Azərbaycanda məşhur idman növüdür.[167] Ölkədə Tour d'Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisikeçirilir.[168][169]
2000-ci ildən sonra ölkədə Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı kimi beynəlxalq idman yarışları da keçirilib.[170][171]