Iphone 6
iPhone 6, Apple-ın 2014-cü ildə iPhone 6 Plus ilə birlikdə tanıtdığı, bir ağıllı telefondur. 9 Sentyabr 2014-cü il tarixində Apple CEO su Tim Cook tərəfindən nümayiş etdirilmişdir. Iphone 5S-in yenilənmiş versiyasıdır. A8 adlı 64-bit-lik bir prosessor və M8 adlı bir "hərəkət köməkçi prosessor" a malikdir.Dizayn
iPhone 6, iPhone 5S dən fərqli olaraq daha oval künclərlə, telefonun arxasına qədər uzanan çizgilərinə, 4.7 inç ekranı ilə öncəki versialarından 38% daha böyük ekrana, 6,9 mm qalınlığı il 9% daha incəldilmiş bir dizayna malikdir
Təhcizat
iPhone 6, iPhone 5S dən fərqli olaraq daha güncəl olan Apple A8 prosessora və Apple M8 hərəkət prosessoruna, 6-nüvəli qrafik prosessora, 1 GB RAM-a, 300 mbps LTE əlaqəsi ilə 3 qat daha yüksək məlumat ötürülməsi sürətinə , NFC dəstəyinə , ApplePay ilə plastik kart ödəmələrini telefonla yerinə yetirəbilmə xüsusiyyətlərinə, yenilənmiş bir kamera senzoruna və iOS 8 əməliyyat sisteminə sahibdir. Yenə əvvəlki versiyalardan fərqli olaraq 32 GB-lıq model yerinə 128 GB-lıq model istehsal edilmişdir.
iPhone 6 və iPhone 6+ ağıllı telefonları iPhone 5S-ə görə 50% daha çox batareya ömrü təklif edir.
Brend | Apple Inc. |
---|---|
İstehsalçı | Foxconn |
Seriya | iPhone |
Mobil şəbəkə | GSM/EDGE (850, 900, 1800, 1900) MHs UMTS/HSPA+/DC-HSDPA(800, 850, 900, 1700, 1900, 2100 MHs) CDMA/EV-DO Rev. A/Rev. B (800, 1900, 2100 MHs) LTE (1, 2, 3, 4, 5, 13, 17, 25) |
Sələfi | İPhone 5C İPhone 5S |
Çəkisi | 129 qram |
Əməliyyat sistemi | iOS 8 |
CPU | Apple A8 |
Operativ yaddaş | 16 GB, 64 GB, 128 GB |
Arxa kamera | 8 MP True Tone flaşlı iSight kamera |
Veb səhifə | Apple İphone |
QIYMETI=900-1200 ARASI