AlmaQurdu

Böyük xeyriyyətçi Hacı Zeynalabdin Tağıyev

        Deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Zənnimcə, bu ifadəni aşağıdakı kimi dəyişmək daha düzgün olardı: Dünyanı xeyirxahlıq xilas edəcək! Həqiqətən də, hazırda başqalarının maddi köməyinə, mənəvi dəstəyinə, nəvazişinə ehtiyacı olanlar çoxdur. imkanı çatan hər kəs taleyin sınağa çəkdiyi bu insanlara dayaq durmalı, onların qəlbindəki yaşamaq eşqini sönməyə qoymamalıdır.
        Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti xeyriyyəçiliyə ən yaxşı nümunədir. O, hələ sağlığında ikən «millət atası» titulunu qazanmışdı. Bu gün də onun adı hər yerdə «xeyirxahlıq» kəlməsi ilə qoşa çəkilir.
        H.Z.Tağıyevin doğum tarixi ayrı-ayrı mənbələrdə müxtəlif cür göstərilir. Bir çox mənbələrdə onun 1838-ci ildə anadan olduğu yazılır. Başqa mənbələrdə isə Hacının 1823-cü il yanvann 25-də İçərişəhərdə anadan olduğu və 1924-cü il sentyabrın 1-də Mərdəkandakı bağ evində vəfat etdiyi bildirilir. Kasıb ailədə dünyaya göz açan Hacının uşaqlığı çətin keçmişdir. Atası Tağı ailəsini başmaqçılıq etməklə dolandırırdı. Elə Zeynalabdinin özü də 15 yaşından etibarən işləyib çörək qazanmağa başlamışdır. Əwəlcə bənna yanında köməkçi işləyən Zeynalabdin, çox keçmir ki, bu sənətin sirlərini tam mənimsəyir. O, halal zəhməti ilə özünə müəyyən qədər vardövlət toplayır. Bir neçə ildən sonra uzaqgörən Zeynalabdin torpaq almaq qərarına^ gəlir və öz niyyətini həyata keçirir. O, 1873-cü ildə alın təri ilə qazandığı pulla dövlətdən torpaq sahəsi alaraq burada neft quyulan qazmağa başlayır. Hacı iki il yenə sərasər zəhmət çəkir, gecə-gündüz işləyir, fəqət ruhdan düşmür, niyyətindən dönmür. Nəhayət, tale bu genişqəlbli, əməksevər insanın üzünə gülür - quyulardan neft fontan vurur. Beləliklə, kasıb Zeynalabdin əməksevərliyi, qənaətcilliyi və uzaqgörənliyi sayəsində milyonçu olur.
        Lakin H.Z.Tağıyev milyonçu olduqdan, əli sərvətə çatdıqdan sonra da keçmiş həyatını unutmur, özünü xalqdan ayırmır. Əksinə taleyindən razılıq edir ki, həyatda savab işlər görməyə maddi imkanı vardır. O, həyatının mənasını ətrafındakı kasıb insanlara əl tutmaqda, var-dövlətinin müəyyən hissəsini xalqının inkişafına, maariflənməsinə sərf etməkdə, gözəl binalar tikdirməkdə görürdü. H.Z.Tağıyev yazırdı: «Bütün işlərimlə yanaşı, fikrimzikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır. Məqsədə yetmək üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib hər yerə - uzaq şəhər və kəndlərimizə göndərilməlidir». Bu sözlər heç bir institut qurtarmayan, heç bir diplom almayan Hacının nə qədər tərəqqipərvər, nə qədər işıqlı bir insan olduğunu təsdiqləyir. Belə mütərəqqi ideyalarla, xoş arzularla yaşayan H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminə əlindən gələn heç nəyi əsirgəməmişdir.
        Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir. O, Mərdəkanda 50 şagirdlik məktəb tikdirmiş, 1901-ci ildə Bakıda qız məktəbinin açılmasına 5 milyon qızıl pul sərmayə qoymuş, 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) açılmasına maddi yardım göstərmiş, Bakıda ilk teatr tikdirmişdir. Bundan başqa, o, Azərbaycan dilində kitablar nəşr etdirmiş və həmin kitablan uşaqlara pulsuz paylatdırmışdır. Hacı həmçinin, 25-dək qəzetin və jumalın nəşrinə də himayəçilik etmişdir. Böyük xeyriyyəçinin savab əməllərindən biri də onun şəxsi vəsaiti hesabına Bakıya Şollar su kəmərini çəkdirməsi olmuşdur. Bu kəmər indi də paytaxtımızın içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bakı şəhərinin küçələrini bəzəyən bir çox binalar da Hacının yadigarıdır. Onun əsl memarlıq nümunəsi olan şəxsi mülkündə isə hazırda Azərbaycanın Tarix Muzeyi yerləşir.
        H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.
        Yaxşılıq itmir, deyiblər. indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir.