AlmaQurdu

Dilini sevməyən vətənini sevməz

  Dil - millətin canı və qanıdır.
        Vətən və Ana dili - bunlar sinonim anlayışlardır. Vətəni sevmək doğma dili sevmək deməkdir. O, olmadan xalqın tarixini, onun keçmişini, mədəniyyətini öyrənmək olmaz. Hələ qədimdə, orta əsrlərdə insanlar dodaqlarında «Doğma Vətəndən gözəl, doğma dildən şirin dünyada yoxdur» sözlərilə döyüşə qalxmış və vətən uğrunda canlarından keçmişlər. Şah Ismayıl, Cavad xan kimi öz dilini sevən vətənpərvərlər, əsl vətəndaşlar olmuşlar. Belə ki, Xətayi isə şairlərdən ancaq Azərbaycan dilində daha çox şeir yazmağı məsləhət bilərmiş.
        Dahi Fizuli irihəcmli əsərlərini doğma dildə yazmışdır. İki gəncin kədərli məhəbbətindən bəhs edən «Leyli və Məcnun» buna bariz nümunədir.
        Torpağımızın digər yetirməsi, görkəmli Nəsimi doğma dildə yazmış, ölkədə hökmranlıq edən istibdadı tənqid atəşinə tutduğuna görə edam edilmişdir.
        Həyatı Qarabağ eli ilə six bağlı olan xalq şairi Vaqif, ərəb və fars dillərini mükəmməl bilirdi, öz məktəbini yaradaraq tələbələrinə vətən və doğma dil ilə fəxr etməyi aşılayırdı. Eyni zamanda görkəmli dövlət xadimi olan Vaqifin taleyi olduqca faciəli olmuşdur.
        Uzun illər qədim Azərbaycan torpağında doğma dildə qəzet yox idi. Yalnız XIX əsrin 70-ci illərində Azərbaycan dilində əsası görkəmli maarifçi H.B.Zərdabi tərəfindən qoyulmuş ilk qəzet «Əkinçi» nəşr olundu. M.Ə.Sabir, C.Məmmədquluzadə, M.F.Axundov vətənlərini alovlu sevgi ilə sevmiş və onun inkişafı üçün əllərindən gələni etmişlər, yaratdıqları əsərləri ana dilində yazmışlar. M.Ə.Rəsulzadə ADR yaradaraq Azərbaycan dilini dövlət dili elan etmişdir.
        Dil - millətin ruhudur.
        Ömrünün on iki ilini yaradıcılığa həsr etmiş istedadlı şair M.Müşfiq, ana dilinin rəsmən qəbul olunması uğrunda mübarizə aparmışdır. «Tar», «Qafqaz» adlı şeirləri doğma dilin təbliğinə həsr olunub.
        Vətənə, ana dilinə sevgiyə görə M.Müşfiq Stalin represiyaları illərində güllələnmişdir. Vətənə müraciət edərkən onun səsi sanki müasirlərinə və özündən sonra gələnlərə, vətəni onun kimi sevməyi nəsihət edərmiş kimi deyirdi: «Müqəddəs oğul sevgisi ilə sevirəm səni».
        XX əsrin 90-cı illərində ölkədə yenidənqurma, onunla birgə Qarabar müharibəsi başlandı. Ermənilər 20% ərazimizi işğal etdilər. Şuşa, Laçın, Ağdam, Xocalı.... Kütləvi qətllər, dəhşətli qırğınlar və satqınlıqlar - bütün bunları mənim vətənim gördü və şahid oldu. Salatın Əsgərova, Çingiz Mustafayev, Y.Kovalyov və b. vətəni qoruyarkən canlarından keçərək şəhid oldular. Bizim xalqı, milləti, dilimizi məhv olmaqdan qorumuş bu insanlar qəlbimizdə daima yaşayacaqlar. 

        Ölkəmizin Milli Məclisi Azərbaycanın gerb, himn və dilini təsdiqləmişdir.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol